"Düzgün yararlanmırlar" - Psixoloq Könül Vaqifqızı

Hazırda oxunan: "Düzgün yararlanmırlar" - Psixoloq Könül Vaqifqızı

208459
MMP sədr müavini, psixoloq Könül Vaqifqızı sosial şəbəkələr barədə fikirlərini bölüşüb.

Psixoloq bildirib ki, sosial şəbəkələrdən əsasən məlumat bürosu kimi istifadə edir:

"Daxildə və xaricdə baş verən siyasi prosesləri izləyirəm, partiyamızın məlumatlarını paylaşıram. Rayon təşkilat rəhbərlərimizlə sıx əlaqə saxlayıram”x9d.

K.Vaqifqızı bir psixoloq kimi narahatlıq doğuran səbəblərdən də danışıb:

"Bir çoxları sosial şəbəkəni qeyri-etik, qadına-qıza yaraşmayan, qeyri-cidi məkan kimi qəbul edir. Bu əsasən dünyagörüşünün zəifliyindən irəli gəlsə də, hesab edirəm ki, psixoloji durumla da əlaqəlidir. Mətbuat bu cür sorğulara geniş yer ayırmaqla o düşüncə sahiblərini hardasa maarifləndirmiş olar. İstifadəçi bilməlidir ki, sosial şəbəkədən düzgün istifadə etsələr yeni biliklərə, gündəlik məlumatlara sahib olarlar. İndiki zamanda hər kəsin smartfonu var, amma heyif ki, çoxusu yaşından-cinsindən asılı olmayaraq bu telefonla da düzgün yararlanmırlar. Hərə bir saxta profil yaradıb smartfonla səhifəsini idarə edir, feysbuk istifadəçilərini boş yazışmaları ilə bezdirir. Bu azmış kimi paylaşımlara təhqirli rəylər yazırlar, insanları təsirə salıb mənfi müzakirəyə yönləndirirlər”x9d.

Siyasətçi-psixoloq valideynlərin uşaqların sosial şəbəkədə istifadəsinə nəzarət etmələrini tövsiyə edib.
Eyni zamanda müəssisələrdə iş saatlarında sosial şəbəkədən istifadəyə qadağa qoyulmasını məqsədəuyğun saydı: "Bu yaxınlarda xaricdə bir şirkətdə qonaq oldum. Orada wifi-dən facebook, whatsap, instagram, youtube girişə qadağa qoyulduğunun şahidi oldum”x9d.(versus.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO