IX əsr Azərbaycan tarixinin ən çox xatırlanacaq şəxsiyyəti olan Babək Xürrəmi haqqında bu gün də birmənalı olmayan fikirlər səsləndirilir.xa0 Bəziləri onunxa0 apardığı mücadilə, bəziləri daxili xarakteri, bəziləri isə aid olduğu təriqət haqqında neqativ fikrilər səsləndirirlər. Bu cür fikir yürüdənlərin arasında ictimaiyyətə yaxından tanış olan şəxslər də var.xa0
Batin alimi Firudin Gilar Bəg Moderator.az-a açıqlamasında Babək haqqında tamam fərqli versiyanı irəli sürüb. O, Babəki real tarixi qəhrəman yox, daha çox rəmzi obraz kimi göstərib:
“Birdəfəlik bilmək lazımdır ki, Babək obrazı rəmzdir və batiniliklə bağlıdır. Babək - ərəblərin zahiri İslamına qarşı batini İslamı təqdim edən qəhrəmandır. Babək ”“ “Qırx il kölə kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır!”x9d dedikdə, “qırx il insanın öz daxili qüvvələri olan heyvani qüvvələrə qul olub, heyvan kimi yaşamaqdansa, kamil insan kimi ağıl qüvvəsi (nitq qüvvəsi) ilə yaşamağı”x9d nəzərdə tutur. Başqa sözlə o, ehtiras və qəzəb qüvvəsinin təsiri altında eyş-işrətlə yaşayıb, özünü insanlardan varlı, imkanlı göstərməyi yox, hamı kimi normal insan kimi yaşamağı, hamını düşünməyi və s. rəmzlərlə yazıb. Sufizmdə azad yaşamaq - heyvani qüvvələrin təsirindən azad olmaq nəzərdə tutulur”x9d.
Elmin Nuri





































































































