“Son zəng”lə bağlı təlimatları pozan məktəblər CƏZALANDIRILACAQ

“Son zəng”lə bağlı təlimatları pozan məktəblər CƏZALANDIRILACAQ

Hazırda oxunan: “Son zəng”lə bağlı təlimatları pozan məktəblər CƏZALANDIRILACAQ

197426

“Son zəng”lə bağlı təlimatları pozan məktəblər cəzalandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

“Dünən ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Ümumi təhsil müəssisələrinə əvvəlcədən “Son zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib. Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunur.

Agentlik tərəfindən bu tip hallarla bağlı müvafiq araşdırmalar aparılacaq. Məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək”, - məlumatda deyilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO