Mikayıl Cabbarovdan tələbələrə şad xəbər

Mikayıl Cabbarovdan tələbələrə şad xəbər

Hazırda oxunan: Mikayıl Cabbarovdan tələbələrə şad xəbər

194594
Bakıda yerləşən ali məktəblərdə təhsil alan tələbələrin ehtiyacını nəzərə alaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir yataqxana kompleksinin tikintisinə başlanıb. Yataqxana növbəti dərs ilində tələbələrin istifadəsinə veriləcək.

"Qaynarinfo" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu qəbildən olan digər məsələlərdən biri kimi, ali təhsil müəssisələri üçün vahid elmi laboratoriyanın, elmi-tədqiqat mərkəzinin yaradılması məsələsini nəzərdən keçirilir:

“Belə mərkəzin yaradılması maliyyə vəsaitinə qənaət etməklə yanaşı, ali təhsil müəssisələrinin elmi potensialının reallaşdırılmasına, biliklərin kommersiyalaşdırılmasına və müasir tədqiqat avadanlıqlarından daha səmərəli istifadəyə imkan verər”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO