535 nömrəli marşrut top əvəzinə sərnişinlərlə “paslaşır”x9d...

535 nömrəli marşrut top əvəzinə sərnişinlərlə “paslaşır”x9d...

Hazırda oxunan: 535 nömrəli marşrut top əvəzinə sərnişinlərlə “paslaşır”x9d...

194345
Novxanı-Xırdalan marşrutu ilə üzrə hərəkət edən 535 nömrəli avtobuslarla bağlı redaksiyamıza şikayət daxil olub.xa0

Moderator.az -a daxil olan məlumata görə, son aylar 535 nömrəli avtobusun sürücüləri sərnişinləri sözün həqiqi mənasında əziyyətə düçar edib.xa0

Belə ki, Xırdalandan Novxanı çimərliyi istiqamətində yol alan avtobuslar Masazır qəsəbəsinin içindən keçəndən sonra “Qurtuluş”x9d yaşayış kompleksinin qarşısındakı dayanacaqda sərnişinləri boşaldır və yarı yoldan geri qayıdırlar. Narazılıq edən sərnişinlərə “arxa maşınla”x9d gəlmək tövsiyyə olunur. Məcbur qalan sərnişinlər dəqiqələrcə növbəti avtobusu gözləyir və mənzil başına xeyli vaxt və əsəb itkisi hesabına çatırlar.

Vətəndaşlar hesab edir ki, top əvəzinə sərnişinlərlə paslaşan, onları yarı yolda qoyan 535 nömrəli avtobusların bu özbaşınalığı əlaqədar dövlət orqanları tərəfindən araşdırılmalı, sərnişinlərlə etinadsız rəfdar edən sürücülərin cəzalandırılması təmin edilməlidir.xa0

535 nömrəli avtobusların texniki baxımdan da müasir standartlara cavab vermədiyi, avtobusların hər zaman toz-torpaqlı olması da daxil olan şikayətlər sırasındadır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO