
- A-
- A
- A+
Cəmiyyət
14:21 / 19.06.2017
2 dəq oxunma
Beynəlxalq Forum Aureliya Qriqoriunun müdafiəsinə qalxdı - FOTOLAR
Hazırda oxunan: Beynəlxalq Forum Aureliya Qriqoriunun müdafiəsinə qalxdı - FOTOLAR
181859
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Moderator.az xəbər verir ki, bu gün Beynəlxalq Antiişğal Forumunun təşəbbüsü ilə moldovalı hüquq müdafiəcisi Aureliya Qriqoriunun hüquqlarının müdafiəsinə həsr olunmuş Dəyirmi Masa keçirilib.
Tədbirdə tanınmış QHT rəhbərləri, Qarabağ döyüşçüləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Beynəlxalq Forumun Azərbaycan təmsilçiliyinin rəhbəri Akif Nağı, QHT rəhbərləri və Qarabağ döyüşçüləri Mehdi Mehdiyev, Tahirə Məmmədova, Mehriban Abdullayeva, Sultan Əzimzadə, Sərraf Orucov, Cəsarət Hüseynzadə, Əjdər Əzizov, İlham Qayıbzadə, İntiqam Mirzəyev, Xətai Baxışov, Bəhram Şeydayev və digərləri çıxış edərək məsələ ilə bağlı ciddi narahatlıqlarını bildiriblər. Azərbaycan üçün həddindən çox iş görmüş, Azərbaycanın həqiqi dostu Aureliya Qriqoriunun səmərəli müdafiəsinin təşkili üçün təkliflərini veriblər.xa0
Çıxışlarda Diaspor Komitəsinin rəhbəri Nazim İbrahimovun məsələyə biganə yanaşması, hətta Bakıya gəlmiş Aureliya Qriqoriunu qəbul belə etməməsi kəskin tənqid olunub, onun dövlət başçısı tərəfindən cəzalandırılması, onunla bağlı Milli Məclisdə məsələ qaldırılması təklifləri səsləndirilib. Çıxış edənlər moldovalı hüquq müdafiəçisinin Azərbaycanın dövlət mükafatı ilə təltif olunmasını da təklif ediblər. Qarabağ döyüşçülərindən bir qrupu Moldovaya gedib Aureliya Qriqoriunun mühafizəsini təşkil etməyə hazır olduqlarını bildirib. Dəyirmi Masada bu günlərdə Bakıya səfərə gələcək Moldova prezidenti İqor Dodona müraciət edilməsi, Moldovanın Azərbaycandakı səfiri ilə görüşülməsi, ehtiyac olarsa səfirliyin qarşısında etiraz aksiyasının keçirilməsi, Moldovadakı Azərbaycan diaspor təşkilatlarına xüsusi müraciət göndərilməsi ilə bağlı qərarlar qəbul olunub.
Sonda Dəyirmi Masa iştirakçıları bəyanat qəbul ediblər. Bəyanatda göstərilir: xa0
"Biz Moldovalı hüquq müdafiəçisi, vətəndaş cəmiyyəti fəalı, ictimai xadim Aureliya Qriqoriunun erməni millətçiləri tərəfindən təzyiq və təhdidlərə məruz qalmasını qətiyyətlə pisləyirik. A.Qriqoriu Moldova və Azərbaycanda ədalətli, mübariz, prinsipial hüquq müdafiəçisi kimi tanınır. O, haqsızlıqlara qarşı həmişə mübarizə aparıb, həmçinin Ermənistan rejiminin Azərbaycana qarşı haqsız iddialarını, təcavüz və işğalçı hərəkətlərini, törətdiyi vəhşilikləri, o cümlədən Xocalı soyqırımını pisləyən bəyanatlar verib, çıxışlar edib. Həmişə Azərbaycanın haqq işini müdafiə edib. Buna görə də ermənilər ondan intiqam almağa, ona qarşı qondarma məhkəmə işi açdırmağa çalışırlar".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün


































































































