“Növbəti mərhələyə keçdik. Bu yarışmadan əvvəl, 2015-ci ildə Ukraynada keçirilən talant yarışmasında iştirak etmişik, finalist olmuşuq. Bacarığımıza görə Ukrayna Federasiyası tərəfindən dünya rekordlar kitabına düşmümüşük”x9d.xa0
Bu sözləri “Qafqazinfo”x9dya “America Got Talant”x9dın azərbaycanlı iştirakçısı xa0Laçın Pəhlivanoğlu bildirib.xa0O, qardaşı Hüseyn Pəhlivanoğlu ilə birgə növbəti mərhələyə vəsiqə qazandığını vurğulayıb:
“Birinci turu keçmək çətin oldu. Yəni, bizim ağlımız Ukraynaya getdi. Orada elə nörmələrlə çıxış etdik ki”¦ Düşündük ki, Amerika bundan da güclüsünü sevər. Amma yox, bizim bir neçə nörmələrimiz qorxulu olduğu üçün efirə vermədilər. İkinci tura az qorxulu nömrələr hazırlayırıq”x9d.xa0

İştirakçı Qubada atasının adını daşıdığı idman klubunda məşqçi kimi çalışdığını söyləyib:xa0
“Qubada yaşayırıq, 20 ildən artıqdır ki, atamızın adını daşıyan “Pəhlivan Əli”x9d idman klubunun məşqçiləriyik. Atamız Əli, əmimiz Qəmbər Dağıstanın xalq pəhləvanları olub. Üç qardaşıq. Böyük qardaşım Həsən, ikinci mən, üçüncü isə Hüseyndir. Elə üçümüz də bu peşəylə məşğuluq. Həsən Rusiyada yaşadığı üçün yarışmada ikimiz iştirak etdik”x9d.
Laçın bildirib ki, onların hədəfi “Ginness”x9din rekordlar kitabına düşməkdir:
“Dünyanın qeyri-adi istedad axtarışında olan şoularından xəbərimiz var, əsas fikrimizdə ölkəmizi təmsil etməkdir və “Ginness”x9din rekordlar kitabına düşməkdir. Bizi bütün şouların özləri dəvət edir. Hər sezon 4-5 ölkədən dəvət alırıq, seçim edirik, reytinqlilərin təklifinə müsbət cavab veririk. Dəvət aldığımız ölkələrə xərclənən maddiyatı öz şəxsi cibimizdən veririk. Lakin dəvət edən ölkələr var ki, müəyyən qədərini və ya hamısını qarşılayır”x9d.xa0
































































































