Yevlaxda qadın evdə yanaraq ölüb

Yevlaxda qadın evdə yanaraq ölüb

Hazırda oxunan: Yevlaxda qadın evdə yanaraq ölüb

17896

Yevlaxda mənzildə yanğın olub.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki,  şəhərinin Aşağı Bucaq kəndində bir dam altında tikilən ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 520 m² olan cücə sexinin yanar konstruksiyaları 360 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı evin içərisində 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO