Azərbaycanın 16 neft yatağının sahibi:  “Yoldan ötənlərin mənə yazığı gəldi...”x9d

Azərbaycanın 16 neft yatağının sahibi: “Yoldan ötənlərin mənə yazığı gəldi...”x9d

Hazırda oxunan: Azərbaycanın 16 neft yatağının sahibi: “Yoldan ötənlərin mənə yazığı gəldi...”x9d

177801
Azərbaycanın qurudakı 16 neft yatağının sahibi, inquş əsilli rusiyalı milyarder Mixail Qutseriyev vaxtilə qaçdığı Londondan Rusiyaya geri döndüyü 2010-cu ildə başına gələn əhvalatı danışıb. Milyarder “Bloomberg”x9də müsahibəsində həmin il Londondan qayıdan kimi dincəlmək üçün sevimli kurortu Kislovodska getdiyini deyib.

Qutseriyevin dediyinə görə, bir gün Kislovodskda küçə ilə gedərkən skripka çalıb yol keçənlərdən qəpik-quruş qazanan qızı görüb. Özü də skripka həvəskarı olan milyarder deyir ki, qızın ifası onda “rəqib instinkti”x9d yaradıb.

“Qızdan çox xahiş etdim ki, aləti mənə versin. Verdi, yerə oturub başladım skripkada ifa etməyə. Mən bərbad görkəmdə idim, əynimdə idman kostyumu, ayağımda çəkələk...Görünür buna görə yol keçənlərin mənə yazığı gəldi başladılar skripkanın çexoluna pul atmağa. Cəmi bir saata 50 dollara yaxın pul yığıldı, hansı ki, skripkaçı qız həmin pulu bütün gün ərzində güclə qazanırdı. Sonra pulları da qıza verib skripkanı qaytardım, yoluma davam etdim”x9d-biznesmen deyib.

Xatırladaq ki, Qutseriyev 2007-ci ildə Putinin qəzəbinə tuş gəlmişdi və tələsik Rusiyadan qaçmalı olmuşdu. O, Rusiyanı tərk edəndən sonra barəsində axtarış elan olundu, oğlu Çingizxan isə Moskvada müəmmalı avtomobil qəzasında öldü. Qutseriyev oğlu ilə vidalaşmaq üçün Rusiyaya qayıda bilməzdi və cənazə Bakıya gətirildi, burada vida mərasimi oldu və dəfn olunmaq üçün İnquşetiyaya aparıldı. Qutseriyev oğlunun ölümündən sonra bir müddət Bakıda qalandan sonra Londona getmişdi. Biznesmen Londondan neft biznesini davam etdirərək Azərbaycanda bir sıra quru neft yataqlarını almışdı.


2008-ci ildə Qutseriyevin offşor şirkəti “Global İnvestment Energu”x9d (sonradan bu şirkət “Naftis”x9din tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət “Mişovdağ”x9d və “Kəlaməddin”x9d yataqlarının operatoru “Karasu Operating Companu”x9dnin 85, “Padar”x9d və “Harami”x9d yataqlarının operatoru “Kura Valley Operating Companu”x9dnin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.

Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında “Abşeron Operating Companu Limited”x9d (“Zığ”x9d və “Hövsan”x9d yataqlarını işləyir), “Karasu Operating Companu”x9d (“Kəlamətdin”x9d və “Mişovdağ”x9d), “Kura Valey Operating Companu”x9d (“Padar-Hərəmi”x9d), “Neftçala İnvestments Limited”x9d (“Neftçala”x9d, “Xıllı”x9d, “Durovdağ-Bazanan”x9d), “Binagadi Oil Companu”x9d (“Binəqədi”x9d, “Qırmakı”x9d, “Çaxnaqlar”x9d, “Sulutəpə”x9d, “Masazır”x9d, “Fatmayı”x9d, “Şabandağ”x9d və “Sianşor”x9d) şirkətlərini birləşdirən “Qlobal Enerji Azərbaycan Ltd.”x9d ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.




Qutseriyev “Bloomberg”x9də onu da danışıb ki, Rusiyadan qaçmağa ona çoxdankı dostu, Belarus prezidenti Aleksandr Lukaşenko kömək edib. Biznesmenin bildirdiyinə görə, o, avtomobillə Belarus ərazisinə keçib, oradan isə təyyarə ilə Londona uçub.

“Böyük oğlumun avtomobil qəzasında ölməsindən sonra mənim qətiyyətim sındı. Başladım geri qayıtmaq üçün Kremlə kanallar yaratmağa, məmurları və keçmiş nazirləri ələ aldım, onların vasitəsilə geri qayıtmağa razılıq aldım. Həmin vaxt ərzində skripkada çalmağı və şer yazmağı öyrəndim”x9d-biznesmen danışıb.

Agentlik qeyd edir ki, onun geri qayıtması üçün imkan 2008-ci ildə Putinin prezidentliyi daha az avtoritar Medvedyevə təhvil verməsindən sonra açılıb. 2010-cu ildə məhkəmə Qutseriyevin barəsindəki cinayət işinə xitam verib. Agentlik yazır ki, Qutseriyevin problemləri həmin vaxt həbsdə olan YUKOS prezidenti Mixail Xodorkovskinin aktivlərini almaq cəhdlərindən sonra başlamışdı...(Virtualaz.orgxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO