
- A-
- A
- A+
Sumqayıtda zəhərlənən 4 nəfər EVƏ BURAXILDI
Xəbər verildiyi kimi Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub. Müəsisədə işləyən 4 qadın - Behbudova Asudə Əşrəf qızı, Əliyeva Nuranə Pərviz qızı, Mahmudova Gülpəri İbrahim qızı, Yarmədova Simnarə Ağabəy qızının dəm qazından zəhərləndikləri bildirilir.
TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 08.02.2024-cü il tarixində dəm qazının toksiki təsiri diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü şəxslər (qadın cinsli) Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.
Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri yaxşılaşdıqdan sonra ambulator müalicə üçün evə buraxılıblar.
Nuranə Daxilqızı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































