Kürdəmirdə kütləvi zəhərlənmə: 4 nəfər xəstəxanaya aparıldı

Kürdəmirdə kütləvi zəhərlənmə: 4 nəfər xəstəxanaya aparıldı

Hazırda oxunan: Kürdəmirdə kütləvi zəhərlənmə: 4 nəfər xəstəxanaya aparıldı
175523
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmir rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Xırdapay kəndində qeydə alınıb.

Belə ki, ailə üzvləri konservləşdirilmiş qida istifadə etdikdən sonra özlərini pis hiss etməyə başlayıblar.

Nəticədə bir ailənin 4 üzvü - 1989-cu il təvəllüdlü Cavadova Elnarə İlqar qızı, 2014-cü il təvəllüdlü Cavadova Fatimə Zahid qızı, 1980-ci il təvəllüdlü Cavadov Zahid Durmuş oğlu və 2016-cı il təvəllüdlü Cavadov Yusif Zahid oğlu yaxınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Müayinədən sonra onların zəhərləndiyi məlum olub. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra onlar ambulator müalicəyə buraxıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO