Samuxda 37 yaşlı kişinin ölümü ilə bağlı CİNAYƏT İŞİ açıldı

Hazırda oxunan: Samuxda 37 yaşlı kişinin ölümü ilə bağlı CİNAYƏT İŞİ açıldı

163673

Noyabrın 9-u saat 17 radələrində rayonun Burunqovaq kənd sakini, 1986-cı il təvəllüdlü Muraz Abbasovun öldürülməsi barədə prokurorluğa məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya Samux rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, araşdırma zamanı 2001-ci il təvəllüdlü Eltac Çələbiyevin rayonun Burunqovaq kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Muraz Abbasova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Çələbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.  İbtidai istintaq davam etdirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO