Laçında kinoteatr binasının AÇILIŞI OLUB - FOTO

Hazırda oxunan: Laçında kinoteatr binasının AÇILIŞI OLUB - FOTO

163632

İşğaldan əvvəl Laçın şəhərində fəaliyyət göstərən kinoteatrın binası yenidən bərpa olunaraq fəaliyyətə başlayıb. 

Bizim.Media xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəliyi, Bakı abadlıq xidməti MMC-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları və hərbiçilər iştirak edib. 

Kinoteatr binasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Bildirilib ki, işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binası 8 aya bərpa olunub. 1700 kv-lıq ərazidə 1000 kv-a yaxın klub inşa edilib. 230 oturacaqdan ibarət olan klubun binasının daxili 350 kv, səhnənin ölçüsü 82 kv, ekranın ölçüsü isə 70 kv. İlk dəfə olaraq Laçında "Mən Burdayam İlahi" adlı Azərbaycan filminin nümayişi olub. 

Laçın sakinləri öz doğma vətənlərində kinoteatr binasında film təqdimatın alqışlarla qarşılayıb. 








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO