Bu günün havası

Bu günün havası

Hazırda oxunan: Bu günün havası

16020

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə  5-7 dərəcə isti, gündüz 11-14 dərəcə isti olacaq. Bakıda gecə 5-7 dərəcə  isti, gündüz 12-14 dərəcə  isti olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Atmosfer təzyiqi normdan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

Martın 28-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi  əsəcək. Havanın temperaturu gecə  2-6 dərəcə isti, gündüz  10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  3-8 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Martın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO