Bakıda yol nişanı kimi çəkilmiş dairə gülməli vəziyyət YARATDI – Yol polisi səbəbkarı AXTARIR – VİDEO  

Hazırda oxunan: Bakıda yol nişanı kimi çəkilmiş dairə gülməli vəziyyət YARATDI – Yol polisi səbəbkarı AXTARIR – VİDEO  

148499

Nərimanov rayonu Ağa Nemətulla küçəsində asfaltın üzərində çəkilən dairəvi cizgi gülməli vəziyyət yaradıb. Müzakirələrə səbəb olan görüntülər sosial şəbəkələrdə yayılıb. Asfaltdan silinən dairəvi yolayrıcını nəzərdə tutan sarı tor və digər nişanlanma xətlərinin yerinə sanki kustar üsulla cizgi çəkilib. Avtomobillərin çoxu isə həmin dairə boyu dövrə vuraraq hərəkət edir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-ya açıqlamasında bildirib ki, sözügedən yol kəsişməsində hərəkətin təşkili məqsədilə müvafiq yol nişanları qoyulub və nişanlanma xətləri çəkilib: 

“Görüntüdə əks olunan dairə cizgisi isə tərəfimizdən təşkil edilməyib”. 

Maraqlıdır, görüntüdə əks olunan cizgi kim və ya hansı qurum tərəfindən çəkilib? Məsuliyyət yaradan bu hərəkət müvafiq qurum tərəfindən nəzarətə götürüləcəkmi?  
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli saytımıza açıqlamasında məsələnin araşdırılacağını bildirib.  
 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO