Ramil Usubov polkovniklə bağlı  - Əmr verdi

Ramil Usubov polkovniklə bağlı - Əmr verdi

Hazırda oxunan: Ramil Usubov polkovniklə bağlı - Əmr verdi

144135
Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinə yeni rəis təyin edilib.

Bu barədə Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Cinayət Axtarış İdarəsinin rəis müavini vəzifəsində çalışmış polis polkovniki Arzu Daşdəmirov baş idarənin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Baş Cinayət Axtarış İdarəsinin rəisi olmuş Emin Şəkinski bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO