İndoneziyalı səfir Qəbələdə - FOTO  

İndoneziyalı səfir Qəbələdə - FOTO  

Hazırda oxunan: İndoneziyalı səfir Qəbələdə - FOTO  

142113

Bu uzaq şərq ölkəsinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Qəbələdə bir sıra təqdimatlar olub, tanıtımlar həyata keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələ rayon Mədəniyyət Mərkəzində İndoneziyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə səfir Hildi Hamid, səfirliyin, Qəbələ Rayon İcra Hakimiyyətinin, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Öncə İndoneziyanın məhsullarından ibarət sərgiyə baxış keçirilib. Qonaqları salamlayan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova tədbirin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycanla İndoneziya arasında imzalanmış diplomatik əlaqələrin 31-ci ildönümünə həsr edildiyini diqqətə çatdırıb.
Belə möhtəşəm tədbirin keçirilməsi üçün Qəbələnin seçildiyinə görə səfir minnətdarlığını bildirib.

Çıxış edən səfir Hildi Hamid İndoneziyanın tarix və mədəniyyəti, eləcə də müasir iqtisadi-inkişafı barədə məlumat verib. Sonda İndoneziyadan gələn incəsənət kollektivlərinin iştirakı ilə milli musiqi və rəqslərdən ibarət konsert proqramı təqdim olunub. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qırb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO