Sürücülük vəsiqəsi Bakıda tapılan erməninin sirri:  - Podpolkovnikdir və...

Sürücülük vəsiqəsi Bakıda tapılan erməninin sirri: - Podpolkovnikdir və...

Hazırda oxunan: Sürücülük vəsiqəsi Bakıda tapılan erməninin sirri: - Podpolkovnikdir və...

140875
Bakıda Ermənistan vətəndaşına aid sürücülük vəsiqəsinin tapılması məsələsi ilə bağlı müəmma, deyəsən, çözülüb.

Erməni KİV-ləri həmin sürücülük vəsiqəsinin sahibinin aprelin 2-də Qarabağda gedən döyüşlərdə öldürülən podpolkovnik Aleksan Arakelyan olduğunu yazır.

Xəbər verildiyi kimi sürücülük vəsiqəsi Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsində tapılıb. Onu tapan şəxs sənədi hüquq-mühafizə orqanlarına təhvil verib. Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, sənədlə bağlı araşdırma aparılır.

Erməni KİV-ləri isə yazır ki, aprel döyüşləri zamanı 1982-ci ildə anadan olmuş podpolkovnik Aleksan Arakelyan da öldürülüb. Onun sənədlərinin və şəxsi əşyalarının fotoları internetdə yayılıb. Bunların arasında Arakelyana aid şəxsiyyət vəsiqəsi və hərbi bilet də var idi. İstisna deyil ki, Arakelyanın sənədləri arasında sürücülük vəsiqəsi də olub və sonda onu Bakı küçələrindən birində tapıblar.(virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO