Qazaxda canlanma- Ətalət buzu əriyir (FOTO)

Qazaxda canlanma- Ətalət buzu əriyir (FOTO)

Hazırda oxunan: Qazaxda canlanma- Ətalət buzu əriyir (FOTO)

140727
Bu gün respublikanın hər yerində dinamik inkişaf höküm sürür. Ölkə iqtisadiyyatı gücləndikcə inkişafın ürək açan nəticələri regionlarda da görünür, əhalinin sosial durumundan tutmuş, rahatlığının və istirahətinin təminatınadək çox möhtəşəm işlər görülür. Yollar abadlaşdırılır, körpülər salınır, müasir paklar, xiyabanlar yaradılır, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi önəm verilir.
Ölkənin sürətli inkişafında təbii ki, Qazax rayonu da var və ən başlıcası cəbhə kəndlərinin sosial problemləri həllini tapıb. Yollar əsaslı şəkildə yenidən qurulub, əhalinin mavi yanacaq problemi tamamilə həll edilib. Amma nə gizlədək, rayon mərkəzində tikinti quruculuq ləng həyata keçirilib və sanitar mədəniyyət normaları unudulub, su, yol problemləri yaranıb. Bu işlər rayonun daxili imkanları hesabına həll edilməli olduğu halda laqeyidlik ucbatından illərlə yubadılıb. Park və xiyabanların, küçə və prospektlərin təmizliyi və təmiri tamamilə unudulub. Rayonun mərkəzində, bazarın ətrafında anti-sanitar vəziyyətdə küçə ticarəti baş alıb gedib. Bu cür halları faktların dili ilə çox sadalamaq olar. Məqsəd əvvəlki rəhbərin işlərini təhlil etmək deyil. 
Demək istəyirəm ki, bu gün Qazaxda tamamilə başqa bir ab-hava var. Rayonda böyük işlərə start verilib. Yollar abadlaşdırılır, park və xiyabanlar, müzeylər qaydaya salınır, yeni qazonlar yaradılır, zövqü oxşayan gül-çiçək kolları əkilir. Bütün bunlar isə o deməkdir ki, rayonda ətalət buzu əriyir və insanlar elliklə doğma şəhərinin abadlığına qoşulublar. 
Prezident İlham Əliyevin sərəncamı ilə Qazax rayon İcra hakimyəti başcisi vəzifəsinə təyin olunan Rəcəb Babaşov elə ilk gündən geniş miqyaslı abadlıq işlərinə start verib, rayon ictimaiyyəti və əhali arasında böyük canlanma yaranıb.  Qazax şəhər bələdiyyəsinin, inzibati ərazi dairəsinin numayəndəliyinin işciləri əhali arasında gorunməyə baslayiblar.  Rahat və yumşaq kreslolarından ayrılaraq parklarda təmizlik işləri aparmağı önə çəkiblər. Artıq park və xiyabanlara yeni güllər əkilir, prosbekt və küçələrdə təmir işləri görülür,  səkilərə daş döşənir. 
Tarix diyarşunasliq müzeyinin tikintisi bəzi səbəblərdən dayandırilsa da son günlər tikintiyə əlavə canlı qüvvə və texnika cəlb olunub, islər sürətlənib. Qazax şəhər avtovağzalının uçulub dağılan yerləri, anti-sanitar vəzyəti nəzərə alınaraq təmir işlərinə start verilib. 
Bütün dönəmlərdə ənənəvi olaraq Qazaxda görulən işlər mərkəzdən, mərkəzi küçələrdən başlayib. Zülmətə qərq olan, çox sayda sosial problemlər yaşayan və təmirə etiyacı olan Bakı, Səməd Vurğun və digər arxa kücələr unudulanaraq yaddan çixardilıb.  Qazax şəhərinin ən ağrili, yaralı yerlərindən olan şəhərin su-kanalizasiya sisdemi haqqında düşünən belə olmayıb.  Amma indi bu ənənə də pozulub. Abadlığa rayonun arxa küçələrindən başlanıb, su-kanalizasiya məsələlərinin həlli gündəmə gətirilib. 
Önəmli olan bir də odur ki, ucqar sərhəd kəndlərində əhali ilə görüşlər təşkil edilir, onların problemləri dinlənilir və yerindəcə müvafiq qurumlara tapşırıqlar verilir. Məzəm, Quşcu Ayrim, Alpoud, Abbasbəyli, Çaylı, Kosalar, Şıxlı, Kəmərli Aslanbəyli, Qaymaxlı kəndlərində əhali ilə görüşlər olduqca işgüzar şəraitdə keçib. Ermənilərlə üz-üzə Kəmərli, Aslanbəyli və Qaymaxlı kəndlərində dəmyə şəraitində olan çöl sahələrinin suvarılmasi və artezian quyularıinin qazılmasi məsələsi qaldırılib. Paralel olaraq rayonda işsizliyin aradan qaldirilmasina da ciddi fikir verilir və bu sahəyə yanaşma demək olar kökündən dəyişib.
Hazırda uzunluğu 10 kilometr olan Canallı, Kosalar yolunun yenidən çəkilişi davam edir. Hansı ki, rayona bitişik bu kəndərin yolu uzun illər baxımsız qalıb, əhali üçün əsil işgəncəyə çevrilib. 
İsmayl Şixlı adina Kosalar kənd orta məkdəbinin əsaslı təmiri də gündəmə gətirilib. 
Qazax rayonunun ərazisində qazaılan və hazir olan 19 artezian quyusunun işə salinması və daha 5 yeni quyunun qazılıb istifadəsinə də yaxın günlərdə əhali şahidlik edəcək
Təbbi ki, işin uğurulu nəticəsi ilk olaraq kadr təyinatının düzgün aparılmasından başlayır. Qazaxlır son zamanlar bunu daha aydın görür. Onlar inanır ki, rayonda başlayan kompleks quruculuq işləri yaxın zamanlarda Qərbin girişi qapısı olan Qazaxda üzü inkişafa doğru böyük dəyişikliklərə səbəb olacaq.










 Talib Rəhimoğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO