Bakıda DƏHŞƏT - Sevgilisindən işgəncə görən qadın özünü YANDIRDI

Hazırda oxunan: Bakıda DƏHŞƏT - Sevgilisindən işgəncə görən qadın özünü YANDIRDI

137479

Qeyri-rəsmi nikahda olduğu şəxsdən davamlı şiddət görən qadın özünü yandırıb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə qadın övladının gözü qarşısında işgəncə gördüyündən və bıçaqla hədələndiyindən təngə gələrək üzərinə benzin töküb. Bir aydan çox 1 saylı Şəhər klinik xəstəxanasının yanıq şöbəsində müalicə alan qadın evə buraxılıb. Yanıqları dərin olan qadının durumu ağırdır. 

Kəmalə Ağazadə əlavə edib ki, həmin qadının övladı aprelin 22-də Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Uşağın anasının durumundan xəbəri yoxdur:

“Uşaq bizə çoxdan yerləşdirilmişdi. Deyirdi ki, anası evi yandırdığına görə həbs olunub. Bu gün qadını tapmışam. Məlum olub ki, evi yox, özünü yandırıb. Qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən davamlı işgəncələr gördüyü üçün özünə qəsd etməyə çalışıb. Onu da deyim ki, qadın 15 yaşında övladını dünyaya gətirib. Uşaq üçün ən təhlükəsiz və sakit yer sığınacaqdır. Çünki o dəhşətlər görüb”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO