Bakıda DƏHŞƏT: Qəzaya düşən 2 nəfər yanaraq öldü

Bakıda DƏHŞƏT: Qəzaya düşən 2 nəfər yanaraq öldü

Hazırda oxunan: Bakıda DƏHŞƏT: Qəzaya düşən 2 nəfər yanaraq öldü

135752

Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, Binə qəsəbəsində "Chevrolet" markalı avtomobil "Lifan" və "Ford" markalı avtomobillərlə toqquşub. 

Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu "Lifan" markalı avtomobil alışaraq yanıb.

Digər avtomobildə olan sürücü 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. 

42 yaşlı Məmmədağa adlı şəxs aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Hadisənin təfərrüatı araşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO