Davudoğludan AŞPA-da Qarabağ çıxışı...

Davudoğludan AŞPA-da Qarabağ çıxışı...

Hazırda oxunan: Davudoğludan AŞPA-da Qarabağ çıxışı...

132716
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxış edən Türkiyə baş naziri Əhməd Davudoğlu Dağlıq Qarabağ probleminə diqqət çəkib.

Moderator.az xəbər verir ki, baş nazir Minsk qrupunu Ermənistanı Azərbaycana qarşı silahlı təxribata son verməsi üçün xəbərdarlıq etməyə çağırıb:

“Təmas xəttində Ermənistanın Azərbaycana qarşı yönəltdiyi genişmiqyaslı hücum və ərazi bütövlüyünün pozulmasını şiddətlə qınayırıq. Xeyli sayda əsgər və mülki vətəndaşlar öldü. Bu, bir daha status-kvonun davam edə bilməyəcəyini göstərib. ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistana silahlı təxribata son verməsi üçün xəbərdarlıq etməlidir. Azərbaycanın işğal altındakı torpaqları azad edilənə kimi Türkiyə dəstəyini davam etdirəcək”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO