Beynəlxalq Forumun Azərbaycan təmsilçiliyinin rəhbərliyi seçilib

Beynəlxalq Forumun Azərbaycan təmsilçiliyinin rəhbərliyi seçilib

Hazırda oxunan: Beynəlxalq Forumun Azərbaycan təmsilçiliyinin rəhbərliyi seçilib

130775

Moderator.az xəbər verir ki, Beynəlxalq Antiişğal Forumunun (İşğala , Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun) xa0Azərbaycan təmsilçiliyinin mətbuat xidmətindən verilən məlumata görə, qurumun növbəti toplantısında rəhbər orqanlar seçilib. Azərbaycan təmsilçiliyinə daxil olan təşkilatların rəhbərlərindən ( Akif Nağı, İsmayıl Ağayev, Mehdi Mehdiyev, Emin Həsənli, Şərqiyyə Dadaşova, Nəsimi Qarabağlı, Əkbər Qoşalı, Radə Abbas, Akif Kərimov, Sultan Əzimzadə, Tahirə Məmmədova, Mətanət Əsgərqızı, Mehriban Abdullayeva, Azər Həsrət, Füruzə Əsədullayeva, Cəsarət Hüseynzadə, Sərrafxa0 Orucov, Vüqar Qədirov, Naibə Behbudova) ibarət Azərbaycan Təmsilçiliyinin Məclisi formalaşdırılıb. Üç nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası seçilib-Akif Kərimov (sədr), Sərraf Orucov, Tahirə Məmmədova. Yeddi nəfərdən ibarət İdarə heyəti yaradılıb- Akif Nağı, İsmayıl Ağayev, Mehdi Mehdiyev, Emin Həsənli, Əkbər Qoşalı, Şərqiyyə Dadaşova, Nəsimi Qarabağlı. Sonra Akif Nağı İdarə heyətinin sədri, İsmayıl Ağayev sədrin beynəlxalq məsələlər üzrə 1-ci müavini, Mehdi Mehdiyev təşkilati məsələlər üzrə müavin, Əkbər Qoşalı humanitar məsələlər üzrə müavin seçilib.

Daha sonra Beynəlxalq Forumun İzmir toplantısının qərarına uyğun olaraq qurumun Bakıda baş katibliyinin işinin təşkili ilə bağlı məsələyə baxılıb. Baş katibliyin rəhbərliyinə və işin təşkilinə məsul şəxs Emin Həsənli seçilib.

İclas iştirakçıları həmçinin Azərbaycan Ordusunun cəbhədəki son uğurları ilə bağlı fikirlərini bildirib, Azərbaycanın prezidenti, Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə Orduya göstərdiyi diqqətə, əldə olunmuş nailiyyətlərə, ölkədaxili və xarici siyasətdəki uğurlarına görə, həmçinin müdafiə naziri Zakir Həsənova döyüşlərin uğurlu təşkili, şəxsi bacarıq və fədakarlığına görə təşəkkürlərini ifadə ediblər. İclas iştirakçıları döyüşlərdə iştirak edən əsgər və zabitlərin qəhrəmanlığından fəxr duyquqlarını, təşəkkür etdiklərini bildiriblər. Həlak olmuş əsgər və zabitlərə, dinc sakinlərə Allahdan rəhmət diləyib, yaxınlarına başsağlığı veriblər. Forum iştirkçıları onu da vurğulayıblar ki, hərbi əməliyyatlar dayandırılmamalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilənə qədər davam etdirilməlidir.

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO