Şahmar Mövsümov “ClubHouse”-da suallara cavab verən ilk məmur oldu

Şahmar Mövsümov “ClubHouse”-da suallara cavab verən ilk məmur oldu

Hazırda oxunan: Şahmar Mövsümov “ClubHouse”-da suallara cavab verən ilk məmur oldu
12856
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bizim.Media məlumat verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov məşhur tətbiq “ClubHouse”-da istifadəçilərin suallarını cavablandırıb.

“ClubHouse”da baş tutan bu müzakirə Azərbaycan rəsmisinin iştirak etdiyi ilk belə müzakirə formatı olub.

Qeyd edək ki, dəvət sistemi ilə işləyən “ClubHouse” tətbiqi son günlərin ən populyar tətbiq hesab olunur.

Yalnız dəvət sistemi ilə iOS istifadəçiləri tərəfindən istifadə edilə bilən “Clubhouse”-a qoşulmaq üçün tətbiqi istifadə edən bir istifadəçidən dəvət almaq və ora üzv olmaq şərtdir.

“Clubhouse” istifadəçilərə xüsusi səs otaqları yaratmaq və səs yazılarını orada paylaşmaq imkanı verir.

Artıq çox sayda azərbaycanlı “ClubHouse”-da qeydiyyatdan keçib. Tətbiq sosial, iqtisadi mövzuların müzakirəsi üçün olduqca əlverişli platforma hesab olunur.

Bizim.Media

Şahmar Mövsümov “ClubHouse”-da suallara cavab verən ilk məmur oldu - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO