Gömrükçülər külli miqdarda qızıl-zinət əşyası müsadirə etdilər

Gömrükçülər külli miqdarda qızıl-zinət əşyası müsadirə etdilər

Hazırda oxunan: Gömrükçülər külli miqdarda qızıl-zinət əşyası müsadirə etdilər

119616
Azərbaycan gömrükçüləri külli miqdarda qızıl-zinət əşyalarının ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Moskva-Bakı aviareysinin sərnişini, Rusiya Federasiyasının vətəndaşı Patimat Kurbanovanın əl çantası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən yoxlanılarkən həmin çantada “Nebula”x9d, “TİTAN”x9d və “Guess”x9d markalı cəmi 3 ədəd qol saatı, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük aşkar olunub.

P.Kurbanovanın üzərində şəxsi yoxlama zamanı isə “TİTAN”x9d markalı daha 2 ədəd qol saatı, 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və üzərində ürək formalı kulon olan 1 ədəd qızıl boyunbağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO