Dövlət Gömrük Komitəsi “Gəncə Gömrük İdarəsinin rəisi qanunsuz əlvan metal biznesini himayə edir?”x9d başlıqlı məlumatlara münasibət bildirib.
Moderator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, “Camaloglu LTD”x9d şirkəti ixrac əməliyyatlarını gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirir və adları hallanan gömrük əməkdaşlarının guya qeyri-qanuni ixrac əməliyyatlarında iştirakı faktı da tam məqsədli şəkildə bu şər və böhtan xarakterli məlumatlarda qeyd olunur:
“Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını və onların əməkdaşlarını ölkə qanunlarına hörmət etməyə çağırır.
Yalan və böhtan xarakterli məlumat yayanlar bilməlidir ki, yaydıqları həqiqətə uyğun olmayan məlumata görə özləri də qanun qarşısında cavab verəcəklər”x9d.




































































































