Göygöldə FACİƏ - Ağır qəzada 8 yaşlı qız həyatını itirdi

Göygöldə FACİƏ - Ağır qəzada 8 yaşlı qız həyatını itirdi

Hazırda oxunan: Göygöldə FACİƏ - Ağır qəzada 8 yaşlı qız həyatını itirdi

115538

Ötən gün Göygöl rayonunda baş verən yol qəzasında 8 yaşlı qız ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. 

Belə ki, yanvarın 18-də saat 19 radələrində Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisində qəsəbə sakini B.Salmanovun idarə etdiyi “Opel” və Şəmkir rayon sakini A.Tağıyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. 

Nəticədə B.Salmanovun 8 yaşlı qızı Ləman hadisə yerində ölüb, anası isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO