“Gürcüstandan xeyli quldur gəlib, diqqətli olun”x9d xəbərlərinə  - DİN-dən reaksiya

“Gürcüstandan xeyli quldur gəlib, diqqətli olun”x9d xəbərlərinə - DİN-dən reaksiya

Hazırda oxunan: “Gürcüstandan xeyli quldur gəlib, diqqətli olun”x9d xəbərlərinə - DİN-dən reaksiya

115035
“Qonşu Gürcüstan Respublikasından ölkəmizə son ayda çoxlu sayda oğru və quldurlar gəlib. İnsanlar diqqətli olmalıdır”x9d.

Moderator.az-ın baku.ws-ə istinadən məlumatına görə, bu barədə dünəndən başlayaraq sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məlumatlar yayılıb.

Məlumatlarda bildirilir ki, bu quldurların arasında peşəkar ev, maşın oğruları və hətta müxtəlif seyf kilidləri açan oğrular var.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov açıqlamasında bildirib ki, vətəndaşlar bu kimi əsası olmayan informasiyalara inanıb panikaya düşməməlidirlər:

“Dövlətin hüquq-mühafizə orqanları istər dövlət sərhədlərində, istərsə də, ölkənin daxilində bütün kriminal duruma tam nəzarət edir. Ölkədə baş verə biləcək cinayətlərin qarşısını almaq üçün Azərbaycan polisi zəruri əməliyyatlar keçirir. Belə əsası olmayan informasiyaları oxuyan vətəndaşların narahatlıq keçirməsinə ehtiyac yoxdur”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO