“Cənab prezident, tapançamdakı 6 gülləni...”x9d  - VİDEO

“Cənab prezident, tapançamdakı 6 gülləni...”x9d - VİDEO

Hazırda oxunan: “Cənab prezident, tapançamdakı 6 gülləni...”x9d - VİDEO

113209
Bu gün ilk xalq şairi Səməd Vurğunun oğlu, xalq yazıçısı Yusif Səmədoğlunun doğum günüdür.
Moderator.az axar.az-a istinadən xatırladır ki, Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub. 1953-cü ildə Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub.
xa0
Müxtəlif illərdə “Azərbaycan”x9d jurnalı redaksiyasında şöbə müdiri, baş redaktor, C.Cabbarlı adına “Azərbaycanfilm”x9d kinostudiyasında ssenari redaksiya heyətinin üzvü, direktor müavini, “Ulduz”x9d jurnalının baş redaktoru vəzifələrində çalışıb.
xa0
Görkəmli yazıçı “220 saylı otaq”x9d, “Qalaktika”x9d, “Qətl günü”x9d kimi kitabların və bir sıra maraqlı hekayələrin müəllifidir.
xa0
Yusif Səmədoğlu istedadlı yazıçı olmaqla yanaşı, həm də unikal şəxsiyyət idi. Onun qardaşı, xalq şairi Vaqif Səmədoğlu AYB-nin XII qurultayında Yusif Səmədoğlu ilə bağlı xatirələrini bölüşərkən bunları demişdi:
xa0
“Yadımdadır, 1995-ci ildə qardaşım Yusif mənə zəng etdi, “tüfənglərindən birini götür, tez İttifaqa gəl”x9d dedi. Beşaçılanı götürüb getdim. Bir azdan qardaşım zəng etdi ki, tüfəngi maşında saxla, qalx yuxarı. Qalxdım, gördüm ki, AYB-nin katibi olaraq Yusif Səmədoğlu rəhmətlik Heydər Əliyevə zəng edib, deyib ki, cənab prezident, tapançamın darağında 7 güllə var, altısını Yazıçılar Birliyinə gələnlərə, birini isə özümə vuracağam. Bu binanı ingilis səfirliyinə vermək istəyirlər. Heydər Əliyev gülə-gülə deyib ki, bina verilməyəcək, sənə silahı verən DİN isə cəzalanacaq”x9d.
xa0
Yusif Səmədoğlu təkcə ədəbiyyatımızın deyil, kinematoqrafiyamızın da zənginləşməsində rol oynayıb. Onun ssenariləri əsasında “Yeddi oğul istərəm”x9d, “Qətl günü”x9d, “Səmt küləyi”x9d kimi filmlər ərsəyə gəlib.
xa0
Böyük yazıçı, ictimai xadim Yusif Səmədoğlu 1998-ci il avqustun 17-ində vəfat edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO