Şuşa-Xankəndi yolunda

Şuşa-Xankəndi yolunda "Sarı gəlin" SƏSLƏNDİRİLİR – ANBAAN VİDEO  

Hazırda oxunan: Şuşa-Xankəndi yolunda "Sarı gəlin" SƏSLƏNDİRİLİR – ANBAAN VİDEO  
109223
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şuşa-Xankəndi yolunda azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri "Sarı gəlin" mahnısını ifa ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə yerli “Telegram” kanallarında video görüntülər yayılıb. 

Görüntülərə əsasən aksiya iştirakçıları onlara irəliləməkdə mane olan sülhməramlılardan ibarət canlı səddin qarşısında bir ağızdan Azərbaycana məxsus mahnını səsləndirirlər.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan Laçın yolunun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər. Aksiyanın gecə boyu davam edəcəyi bildirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO