Əldə etdiyimiz məlumata əsasən 2021-2022-ci tədris ili üçün qəbul imtahanlarında proqramlar sadələşdirilib. Bəzi mövzular ixtisar olunub.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarov Bizim.Media-ya bilidrib ki, pandemiya dövrü ilə əlaqədar mənimsənilməsi zəif olan mövzular proqramdan çıxarılıb:
MÖVZU İLƏ BAĞLI:
Ali məktəblərə qəbulun bal nisbətləri açıqlandı
“Dövlət İmtahan Mərkəzi olaraq Təhsil Nazirliyi ilə məsləhətləşib qəbul imtahanı fənləri üzrə mənimsənilməsi zəif olan mövzular çıxarılıb.
Biz bu barədə Abuturiyent I jurnalında qeyd etmişik. Ümumilikdə nə qədər mövzunun çıxarıldığını demək çətindir. Çünki qəbul proqramı çox genişdir”- deyə əlavə edib.
Qurum sözçüsü onu da dedi ki, qəbul imtahanının proqramına Tarix fənni üzrə Vətən Müharibəsindən bəhz edən mövzular da salınıb.
Gülşanə Mustafayeva, Bizim.Media