
- A-
- A
- A+
Cəmiyyət
13:37 / 24.11.2015
1 dəq oxunma
Dörd rektor bu gün istefa verəcək
Hazırda oxunan: Dörd rektor bu gün istefa verəcək
107812
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Konstitusiya Məhkəməsi 1 noyabrda keçirilmiş parlament seçkilərini təsdiq etdikdən sonra Milli Məclisin yeni tərkibinin ilk iclası çağırılıb.
Moderator.az saytı xəbər verir ki, bugünkü iclas zamanı yeni seçilmiş deputatlara mandat veriləcək və köhnə deputatlar statuslarını itirəcəklər.
Milli Məclisə yenidən deputat seçilmiş dörd nəfər isə rektorluqla vidalaşmalı olacaq. Bunlar Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının rektoru Ağacan Abiyev, Azərbaycan Dövlət Tibb Universitetionin rektoru Əhliman Əmiraslanovdur.
Onlar bu gün deputat mandatı aldıqdan sonra rektorluqdan istefa verəcəklər.
Aqiyə Naxçıvanlı 117 saylı Oğuz”“Qəbələ Seçki Dairəsindən, Səməd Seyidov 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən, Əhliman Əmiraslanov 65 saylı Saatlı-Sabirabad”“Kürdəmir Seçki Dairəsindən, Ağacan Abiyev isə 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputat seçiliblər
Qeyd edək ki, bu ilin sentyabr ayında verilən qərara əsasən, Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş rektorlar deputat seçiləcəkləri təqdirdə, vəzifədən getməlidirlər.
Bu qərara uyğun olaraq Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deputatlıqdan imtina edərək, rektor qalmağa üstünlük veriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən





























































































