Facebookda yeni virus fırtınası  - NƏ ETMƏLİ?

Facebookda yeni virus fırtınası - NƏ ETMƏLİ?

Hazırda oxunan: Facebookda yeni virus fırtınası - NƏ ETMƏLİ?

107061
"Səhər saatlarında mesaj qutusunu açan hər kəs müxtəlif qruplara əlavə olunduqlarını görüblər. Sözügedən qruplarda "YouTube" adı ilə videolar yayılır. İstifadəçilərin həmin videolara baxmaması tövsiyə olunur".


Bunu Moderator.az-a açıqlamasında informasiya texnologiyaları mütəxəssisi Səbuhi Abbasov bildirib.


Səbuhi Abbasov məsləhət görür ki, Facebook istifadəçiləri həmin qrupları tərk edərək, mesajları silsin: "Beləliklə, onlar viruslardan xilas ola biləcəklər".

Mütəxəssisin sözlərinə görə, ümumiyyətlə Facebookdan gələn virusları bir neçə istiqamət üzrə ixtisaslaşdırmaq olar: "Virusların bəziləri facebookun işini əngəllətmək, digərləri isə çox sayda profil ələ keçirmyə xidmət edir. Ümumilikdə viruslar arasında nə qədər qəribə görünsə də reklam məqsədi ilə yaradılan proqramlardan ola bilir. Hər üç halda Facebook istiadəçiləri porno görüntülərlə müşahidə olunan "YouTube" linkləri, habelə onlara aydın olmayan və müxtəlif simvollu başlıqlarla göndərilmiş linkləri açmasınlar. Əgər açıblarsa dərhal Facebook şifrələrini dəyişmək və təhlükəsizlik parametlərində yenilənmələr edilməlidir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO