İlham Rəhimovun kitabı Bolqar dilində çap edilib

İlham Rəhimovun kitabı Bolqar dilində çap edilib

Hazırda oxunan: İlham Rəhimovun kitabı Bolqar dilində çap edilib

105356
Azərbaycanın əməkdar hüquqşünası, Professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi”x9d adlı kitabı Bolqar dilində çapdan çıxıb.

Hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moskvada rus dilində çap edilmiş “Flosofiya prestupleniya i nakazaniya”x9d (“Cinayət və cəzanın fəlsəfəsi”x9d) adlı kitabı beynəlxalq hüquq aləmində geniş maraq doğurduğundan, Bolqarıstanın Elimlər Akademiyasının və hüquqşünas alimlərinin təşəbbusu ilə Bolqar dilidə çap olunub.

Nəfis üslubda nəşr olunmuş kitabda cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif cinayətin mənbəyinə və səbəblərinə, eləcə də cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb. Kitab hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, eləcə cinayət hüququ sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanları işçiləri, nəzəriyyəçilər üçün nəzərdə tutulub. Nəşrdən həmçinin, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizənin aparılmasına maraq göstərən hər kəs yararlana bilər.

Eyni zamanda qeyd etmək istəyirik ki, bu kitab rus dilində yazılmasına baxmayaraq Azərbaycan, Türk, İtaliyan, Yahudi, İngilis dillərinə tərcümə edilərək çap edilmişdir. Bundan başqa kitabı Çin Xalq Respublikasının hüquq alimləri tərəfindən bəyənilmiş və bu məqsədlə çin dilinə tərcümə edilməsi təşəbbüsü ilə çıxış etmişdirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO