İsmayıllıda ata və oğlu bıçaqlandı

İsmayıllıda ata və oğlu bıçaqlandı

Hazırda oxunan: İsmayıllıda ata və oğlu bıçaqlandı

103645

İsmayıllı rayonunda ata və oğlu bıçaqlanıb.

Bizim.Media xəbər verir ki, hadisə noyabrın 9-da rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Report.az-ın məlumatına görə, həmin kənd sakini, 2006-cı il təvəllüdlü Q.Gülmalıyev yaşadıqları evin həyətində həmkəndliləri - 1994-cü il təvəllüdlü Nəcəfov Cümşüd Rauf oğlu və onun atası, 1964-cü il təvəllüdlü Nəcəfov Rauf Cümşüd oğlu ilə aralarında ailə-məişət zəminində mübahisə düşüb.

Nəticədə o, R.C.Nəcəfova bir, C.Nəcəfovaya isə 2 bıçaq zərbəsi vuraraq xəsarət yetirib.

Daha sonra Q.Gülmalıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən şəxsin izahatı alınıb, müvafiq ekspertiza təyin olunub və polis şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO