AddThis-in yeni araşdırmasına görə, sosial media istifadəçiləri burada yalnız ailə şəkillərini paylaşmaq üçün deyil, həmçinin dünyada nələrin baş verdiyindən xəbərdar olmaq üçün də müxtəlif paylaşımlar edirlər. Bu da markalara müştərilərlə birlikdə işləməsinə əlverişli şərait yaradır.
Araşdırmaya görə, 2014-cü ilin üçüncü rübündə sosial şəbəkələrdə ən çox paylaşılan mövzuların faiz nisbəti belədir: səyahət 11%, siyasət 9%, məişət mövzuları isə 8%.
Ən çox paylaşım edilən sosial şəbəkə 36% nəticə ilə Facebook-dur. Ardınca 15% nəticə ilə Twitter gəlir. Hesabatda maraqlı məqam da diqqəti çəkib. Belə ki, nəticələrə əsasən Twitter-in bütün həcmi Facebook-un yalnız “like”-ları qədərdir.
Araşdırma zamanı ortaya çıxan digər önəmli statistikalar bunlardır:
- Siyasət və gündəm xəbərlərinin paylaşımları günortadan sonra saat 5 ilə 8 arasında zirvədə olur.
- Dəb, şou və əyləncə məzmunlu xəbərlər isə axşam 6 ilə gecə 12 arasında daha çox paylaşılır.
- İdman xəbərləri gün boyu, adətən eyni nisbətdə paylaşılsa da, daha çox həftəsonu artım hiss olunur.
- Paylaşımların 87%-i mobil cihazlar vasitəsilə gerçəkləşdirilir.
- Təhsil məzmunlu xəbərlərin stolüstü komputerlə paylaşımı digər platformalara görə 74% çoxdur.
AddThis-in hesabatında mobil məzmuna baxarkən, rüb ərzində ən çox paylaşılan kateqoriyaların ailə, valideyn, səyahət və pərakəndə olduğunu görürük. Xüsusilə də, hamiləliklə bağlı xəbərlər, mobil platformalarda 1.87% artıb. Pərakəndə məzmunlu xəbərlər 6.3%, mobil trafikdən istifadə etsə də, səyahət məzmunlu xəbərlər 6.1% istifadə edir”, deyə yazır.
Yenə AddThis-in hesabatına görə, online trafikin 37%-i mobil cihazlardan gəlir; bu, əvvəlki ilin eyni dönəminə görə 4%-lik artım deməkdir.(texnobaz.com)




































































































