“Rusiya bu məhsulların idxalına icazÓ™ vermÓ™sə fermerlərimiz ciddi zərərə məruz qalacaq”x9d

“Rusiya bu məhsulların idxalına icazÓ™ vermÓ™sə fermerlərimiz ciddi zərərə məruz qalacaq”x9d

Hazırda oxunan: “Rusiya bu məhsulların idxalına icazÓ™ vermÓ™sə fermerlərimiz ciddi zərərə məruz qalacaq”x9d

107720
Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları, əsasən də xurma aparan sahibkarlar Azərbaycan - Rusiya sərhəddində çətin günlər yaşayır. Yayılan məlumatlara görə, Rusiyaya buraxılmayan on min tonlarla məhsul sərhəddə qalıb xarab olaraq fermerlərə, sahibkarlara külli miqdarda zərər vurmaqdadır.xa0

Belə bir haqlı sual yarınır ki, doğrudanmı Rusiya qəsdən həmin məhsulların bu ölkəyə maneəsiz daşınmasına əngəl törədir? Yoxsa bizim bilmədiyimiz başqa məqamlar da var?

Moderator.az - ın əməkdaşı mövzunu kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis Vahid Məhərrəmli ilə müzakirə edərək ondan aşağıdakı cavabı alıb:

"Azərbaycandan Rusiyaya ixrac olunan məhsullarda karantin obyektlərinin aşkar olunması çox ciddi məsələdir. Söhbət sarmaşan parazit küskütündÓ™n gedirsə, bunun Azərbaycanda mövcud olduğunu mütəxəssislər yaxşı bilir. Əslində karantin obyekti olan küskütü uzun müddətdir ki, Azərbaycanda yayılıb. Bu kimi problemlər olduğu üçün Azərbaycanın meyvə - tərəvəz ixracı ilə bağlı çox ciddi problemləri yarana bilər. Son zamanlar bizim regionlarda küskütünün geniş yayıldığını müşahidə edirik.
xa0
Ola bilsin ki, bu məsələnin siyasətlə bağlılığı da var. Amma bu sahəyə cavabdeh olan məmurlar daim çalışmalıdır ki, belə hallar baş verməsin. Fermerlərin istehsal etdikləri məhsul tələb olunan beynəlxalq standartlara uyğun olmalıdır. Əgər istehsal etdiyimiz məhsulların keyfiyyəti standartlara cavab verərsə, düşünürəm ki, bizim sahibkarlar üçün ciddi ixrac problemi yaranmaz. Bizim istehsal etdiyimiz xurmanın alıcıları məhz Rusiya istehlakçılarıdır. Rusiya yaxın zamanlarda bu məhsulların idxalına icazÓ™ vermÓ™sə, fermerlərimiz ciddi zərərə məruz qalacaq. Bu kimi problemlər olduğu üçün Azərbaycanda məhsul ixracı ilə bağlı problemlər tez - tez yaşana bilər.xa0
xa0
Əslində karantin obyekti olan küskütü uzun müddətdir ki, Azərbaycanda yayılıb. Bunun qarşısı mütləq alınmalıdır. Eyni zamanda, qeyd edilən şərq meyvəyeyənin də qarşısı alınmalıdır. Sistemli qaydada tədbirlər aparılmalıdır ki, bu cür ziyanvericilərə qarşı mübarizə tədbirlərinin də effekti olsun. Göründüyü kimi, Rusiya öz sərhəddində çox ciddi nəzarət sistemi yaradır. Amma bizə son 2 - 3 ildə idxal olunan kartof yumruları ilə digər bir karantin obyekti olan kartof güvəsi gətirilib. İndi də bu zərərvericinin qarşısını ala bilmirlər. Azərbaycan hökuməti də sərhəddə bu kimi halların qarşısını almaq üçün çox güclü nəzarət sistemi yaratmalıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO