İqtisadiyyat naziri Mikayıl Cabbarov “Cahan Sənaye Kompleksini” ziyarət edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Cahan Sənaye Kompleksini” ziyarət edib - FOTO

Hazırda oxunan: İqtisadiyyat naziri Mikayıl Cabbarov “Cahan Sənaye Kompleksini” ziyarət edib - FOTO

596923

İqtisadiyyat naziri Mikayıl Cabbarov 8 fevral, 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının, eləcə də Azərbaycanın qabaqcıl şirkətlərindən olan “Cahan Holdinq KŞİ”ə məxsus “Cahan Sənaye Kompleksi”ni ziyarət edib. Qonaqları “Cahan Holdinq”in təsisçisi Vüqar Abbasov və Şirkətlər İttifaqına daxil müəssisələrin rəhbər heyəti qarşılayıb.  

Ziyarət zamanı  Nazir və dövlət qurumlarının təmsilçiləri ilk olaraq Sənaye Kompleksində yerləşən polimer boru və radiator istehsalı sahələri ilə tanış olublar. Onlar burada müəssisədəki müasir avadanlıqlar, istehsal prosesi və istehsal olunan məhsul nümunələri ilə tanış olublar.  

Daha sonra dövlət qurumlarının nümayəndələri Qafqazın ən böyük enerji və sərinləşdirici içkilərin istehsalı zavodunda olublar. Burada onlar ən yeni texnologiyalar əsasında qurulan və minimum insan müdaxiləsi tələb edən içki istehsalatını əyani olaraq müşahidə ediblər.  

Ziyarət zamanı qonaqlara “Cahan Holdinq” Kommersiya Şirkətlərinin fəaliyyəti, holdinqin Naxçıvan Muxtar Respublikası və eləcə də, Azərbaycan iqtisadiyyatında mövqeyi, ölkə iqtisadiyyatına töhfələri barədə ətraflı məlumat verilib.  

Nazir və dövlət nümayəndələri ”Cahan Sənaye Kompleksi”ndən xoş təəssüratla ayrılıblar.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO