İranda FACİƏ: Bacı qardaşının məzarı başında saçlarını kəsdi - VİDEO 

İranda FACİƏ: Bacı qardaşının məzarı başında saçlarını kəsdi - VİDEO 

Hazırda oxunan: İranda FACİƏ: Bacı qardaşının məzarı başında saçlarını kəsdi - VİDEO 

95751

Qəzvində güneyli gənc Cavad Heydəri hökumət əleyhinə etirazlar zamanı İran rejiminin təhlükəsizlik qüvvələrinin baş nahiyəsindən açdığı atəşlə güllələnərək öldürülüb.  

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. 

36 yaşlı Cavad Heydərinin atası baş verənlər barədə “oğlum arxadan hədəf alınıb və o, ağır qanaxma və təhlükəsizlik qüvvələrinin onu xəstəxanaya çatdırmaqdan imtina etməsi nəticəsində dünyasını dəyişib” – deyə bildirib. 

Cavad Heydərinin bacısı İran rejiminin anti-qadın və repressiv siyasətinə etiraz olaraq qardaşının məzarı üstündə saçını kəsərkən Azərbaycan dilində “Qardaşım!” deyə fəryad edib.

Qəzvinli gəncin yaxınları da səlahiyyətlilərə xitabən deyiblər: “Necə o dünyada cavab verəcəklər?” Allah lənət eləsin!". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO