Peru Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb
Perunun Prezidenti Xose Mariya Balkasar Selada azərbaycanlı həmkarı İlham Əliyevə ölkənin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb.
Bizim.Media məktubu təqdim edir:
"Zati-aliləri cənab Prezident.
Peru Hökuməti və xalqı adından, habelə şəxsən öz adımdan 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının firavanlığı və tərəqqisi naminə ən səmimi arzularımı bildirir, Peru ilə Azərbaycan arasında üç onillik ərzində formalaşmış siyasi dialoqu daha da dərinləşdirmək əzmini bir daha təsdiqləyirəm. Əminəm ki, birgə səylər...