Azərbaycan neftinin ən böyük idxalçıları AÇIQLANDI – SİYAHI
Cari ilin yanvar-mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,078 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% azalıb, fiziki ifadədə isə 934 min ton və ya 15,5% azalma qeydə alınıb.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan ən çox neft idxal edən ölkələrin ilk üçlüyünə İtaliya (3,273 milyon ton, 1,614 milyard dollar), Çexiya (355,5 min ton, 184,3 milyon dollar) və Rumıniya (372 min ton, 178,6 milyon dollardan çox) daxil olub.
Cəd...