Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş əməliyyat rejiminə KEÇDİ
Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda keçiriləcək BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar 15–25 may tarixlərində gücləndirilmiş əməliyyat rejimində fəaliyyət göstərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, Forum çərçivəsində ölkəyə gələcək beynəlxalq nümayəndə heyətləri və sərnişin axınının artacağı nəzərə alınaraq hava limanında əməliyyat prosesləri, sərnişin xidmətləri və təhlükəsizlik tədbirləri üzrə əlavə koordinasiya mexanizmləri tətbiq olunub.
Məqsəd iştirakçıların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, sərnişin təcrübəsinin yüksək standartlar ...