Hörmüz boğazından keçidə görə rüsum tətbiq olunmayacaq
Hörmüz boğazının rüsumlardan azad olacağına tam əminəm.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens bildirib.
Onun sözlərinə görə, ABŞ-nin İran üzərində hələ də kifayət qədər təsir imkanları var və Vaşinqton vəziyyətin ABŞ-nin məqsədlərinə uyğun şəkildə həllinə nail olacağına inanır.
Vens, həmçinin qeyd edib ki, ABŞ-nin blokadanı ləğv etməsindən sonra İran 40 milyondan çox barel neft ixrac edib.
Xatırladaq ki, "The New York Times" qəzeti daha əvvəl Omanın ABŞ-yə və digər Qərb ölkələrinə Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq olunmasını nəzərdə tutan rəsmi təklif təqdim etdiyini yazmışdı. Məlumata görə, təklifdə gəmiçilik şirkə...