Ucuz qiymətə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi üzrə satışa çıxarılan mənzillərdən son aylarda daha 40-ı satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Satışı hazırda davam edən, kv.metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında olan mənzillər Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni yaşayış komplekslərindədir.
Onların hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıblar. Çıxarışları olan bu mənzilləri ipoteka krediti ilə də almaq mümkündür.
Qeyd edək ki, mənzillərlə ms.sosial.gov.az portalında tanış ola və seçdiyiniz mənzili portaldakı "Bron et" düyməsini sıxmaqla bron ...