Həqiqətin səsi Şuşadan gələndə
İnformasiya müharibələrinin sərhəd tanımadığı, süni intellektin media sektorunu kökündən dəyişdirdiyi, dezinformasiyanın qlobal təhlükəsizlik məsələsinə çevrildiyi bir dövrdə beynəlxalq media platformalarının əhəmiyyəti heç vaxt olmadığı qədər artıb.
Məhz belə mürəkkəb geosiyasi və informasiya reallığında keçirilən IV Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı və Zəfərin rəmzi deyil, həm də qlobal media və siyasi dialoqun yeni ünvanıdır.
"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan Forum dünyanın 53 ölkəsindən 160-a yaxın media rəhbərini, eksperti və rəsmi...