Müğənni Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovun Təranə Qumralın ünvanına səsləndirdiyi “O mənim məşuqəm olub”x9d açıqlamasına qarşı tərəfin susqunluğu belə təəssürat yaratdı ki, Qumral geri çəkilir. Adətən, belə məqamlarda emosiyalarına hakim ola bilməyən Təranə Qumral qarşı tərəfin onu bağışlayacağına ümid edə bilərmi?
Publika.az-a açıqlama verən Məhəbbət Həsənovun vəkili Adəm Məmmədov məhkəmə prosesinin davam etdiyini bildirib: “Məhkəmə prosesi davam edir. Məhkəmədə Təranə Qumralın təhqiramiz əməlləri sübut olunacaq. Və bundan sonra Məhəbbət Həsənovdan üzr istəyəcək, eyni zamanda, ona vurduğu mənəvi ziyana görə cərimə ödəcəyəcək. Cərimənin məbləği çox yüksəkdir, vaxtı çatanda açıqlanacaq. Bu, başqalarına da dərs olacaq. İndən belə onlar efirdə, sosial şəbəkələrdə işlətdikləri ifadələrin fərqində olacaqlar”x9d.


































































































