Amerikalı nazir İrana xəbərdarlıq edib

Amerikalı nazir İrana xəbərdarlıq edib

Hazırda oxunan: Amerikalı nazir İrana xəbərdarlıq edib

615976

ABŞ Prezidenti Donald Tramp Tehranla razılaşmanı qeyri-mümkün hesab edərsə, İrana qarşı hücumlar tezliklə bərpa oluna bilər. Vaşinqtonun səbri sonsuz deyil.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent Ağ Evdə keçirilən brifinqdə bildirib.

"Əgər Prezident Tramp razılığa gələ bilməyəcəyinə qərar verərsə, zərbə variantı geri qayıdacaq", - deyə nazir bildirib.

"Axios" əvvəllər ABŞ və İran danışıqlarının memorandum layihəsi üzərində razılığa gəldiyini bildirsə də, "Tasnim" agentliyi xəbəri şübhə altına alıb. Qeyd olunub ki, İran və ABŞ arasında münaqişənin həlli üzrə saziş layihəsi hələ də razılaşdırılmayıb və təsdiq edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO