Afaq Bəşirqızı:  “Oğlumun iki arvadı var”x9d

Afaq Bəşirqızı: “Oğlumun iki arvadı var”x9d

Hazırda oxunan: Afaq Bəşirqızı: “Oğlumun iki arvadı var”x9d

94741

Nizami Kino Mərkəzində “QayınanaMız”x9d adlı serialın ilk seriyasının təqdimat mərasimi keçirilib.

 

Publika.az xəbər verir ki, “Soy”x9d kompaniyasının ərsəyə gətirdiyi “QayınanaMız”x9d adlı serialda baş rolu - qayınananı xalq artisti Afaq Bəşirqızı canlandırır. Ağanaz rolunda çıxış edən xalq artisti Afaq Bəşirqızı çox həyəcanlı olduğunu bildirib:

 

“Serialda qayınana obrazını canlandırıram. Oğlumun iki arvadı var. Birinci arvadı boşanıb, amma evdən getmir. Həmişə qayınananın zülmkarlığı, zalımlığı qeyd edilir. Amma filmdə gəlinlər mənə çəkdirəcəklər. Obrazım iki uşağını təkbaşına böyütmüş qadındır. Alver edir, çöpçülük edir, qorxuluğu çıxarır, xarici ölkədən maşın gətirir. Yalnız cadu etmir. Ərsiz dul qadındır və ailəsində münaqişələr baş verir. Bir qızı, bir oğlu var. Qızı Neft Daşlarında işləyir və evə 15 gündən bir gəlir. Ana onu ərə vermək istəyir. Bir sözlə, serial real həyatda rastlaşdığımız hadisələrdən bəhs edir”x9d.

 

Afaq Bəşirqızının gəlini obrazını canlandıran əməkdar artist Dilarə Əliyeva serialın uğurlu alınmasından və A.Bəşirqızı ilə münasibətlərindən danışdı:

 

“Afaq xanımla bir- birimizə qarşılıqlı sevgimiz var. Hər dəfə görüşlərimizdə bir-birimizə olan sevgimizi bölüşürdük. Bir neçə il əvvəl təklif etmişdik ki, qayınana və gəlin mövzusunda bir serial olsa, bir yerdə oynayardıq. Bu günə qismət imiş. Yeni rolumdan məmnunam. Tamaşaçıların yeni serialı bəyənəcəyinə əminəm.”x9d

 

Serialda rol alan Müşfiq Şahverdiyev da obrazından məmnundur:

 

“Seriala baxdım və bir aktyor kimi bəzi çatışmazlıqlarımı gördüm. Növbəti seriyalarında onları düzəldəcəm. Amma mənə elə gəlir ki, obrazım pis alınmayıb. Tamaşaçılar bəyəndilər. İlk dəfə çəkildiyim serialdır və serialın ssenarisini Fariz Əliyev yazıb. Dilarə xanım və Oqtay bəylə münasibətim yaxşı olduğu üçün təklifi qəbul etdim və seriala çəkildim. Çəkilməyimə də peşman deyiləm. Hər şey yaxşdır”x9d.

 

Dilarənin doğma qardaşı Vüsal Murtuzəliyev serialda da aktrisanın qardaşını oynayacaq.

 

Sentyabrın 11-i ekranlara çıxacaq yeni serialda xalq artisti Yasin Qarayev, Elmira İsmayılova, Müşfiq Şahverdiyev, Xuraman Əlizadə, Ülviyyə Əliyeva və başqa aktyorlar da rol alıb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO