“Mən Rusiyanı, və onun bir hissəsi olan Ukraynanı sevirəm”x9d.
Ukrayna höküməti fransız aktyor Jerar Depardyeyə ölkəyə 5 il müddətinə girişi qadağan etdi.
Moderator.az xəbər verir ki, bu barədə “Apostrof”x9d nəşrinə Ukrayna Təhlükəsizlik Xidmətindən məlumat verilib.
“23.07.2015-ci il tarixdən etibarən dövlətimizin təhlükəsizliyi naminə Fransa və Rusiya vətəndaşı Jerar Depardyenin beş il müddətinə ölkəyə daxil olmasına qadağa qoyulması barədə qərar qəbul olunub. Hal-hazırda sənədlər Dövlət Sərhəd Xidmətində araşdırılır”x9d.
Qeyd edək ki, mayın 22-də Kannda “Sevgi vadisi”x9d filminin təqdimat zamanı Jerar Depardye Rusiya prezidenti Vladimir Putini çox istədiyini bildirərək, Ukraynanın Rusiya ərazisi olduğunu deyib:
“Mən Rusiyanı, və onun bir hissəsi olan Ukraynanı sevirəm”x9d, - aktyor qeyd edib.






























































































