Xalq artisti İlhamə Quliyeva yenə də müğənnilərin ünvanına sərt sözlər işlədib
İfaçı “ATV Maqazin”x9də açıqlamasında bunları deyib:
xa0
“Mən bir nömrə deyiləm, ondan da yuxarıdayam. Birinci, ikinci məndən sonra gəlir. Deyirlər, İlhamə özündənrazıdır. Bəli. Gedib başlarına tac qoyurlar, özlərinə kraliça deyirlər. Niyə 15 il əvvəl tac taxmırdınız? Səsləri də yoxdur. Oxuyanda elə bil quş cikkildəyir. Biri var mənim kimi sinə səsi, biri də var quş səsi çıxarasan. Ad çəkmirəm. Kiminsə adını çəksəm bu ona şərəf olar. Kiminsə haqqında yaxşı danışıramsa, çasmasın. İnsanlar var ki, onları topuqdan yuxarı buraxmaq olmaz. Yoxsa çıxıb oturacaqlar çiynində. Mən "hegemon" deyiləm. Özünə hörmət edən xanımam”x9d.


































































































